Bank Of Baku

Namik Ələskərov: “Tilsimi qıra bilmirəm”

Namik Ələskərov: “Tilsimi qıra bilmirəm”
# 11 aprel 2022 16:21 (UTC +04:00)

“Kocaelispor”la oyunun böyük önəm kəsib etdiyini bilirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un azərbaycanlı futbolçusu Namik Ələskərov TFF I Liqanın XXXI turunda “Kocaelispor”la keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 2:1 hesablı qələbəsinə bir assistlə töhfə verən 27 yaşlı hücumçu bildirib ki, hər iki komanda autsayderlər zonasında qərarlaşdığından, qalibiyyət böyük önəm daşıyırdı: “Turnir cədvəlindəki mövqeyimiz baxımından önəmli matç idi. Mütləq qələbə qazanmalıydıq. Qələbədən başqa yolumuz yox idi. Azarkeşlərimizin də dəstəyi sayəsində qalib gəlməyi bacardıq”.

Azərbaycan millisinin üzvü birinci hissədə qaçırdığı qol epizodunu da canlandırıb: “Həmin epizodda bir az tələsdim. Bir addım da atıb zərbə vursaydım, daha yaxşı alına bilərdi. Son vaxtlar nədənsə qol vurmaqda çətinlik çəkirəm. Bir qol vursam, ardı gələcək. Tilsimi heç cür qıra bilmirəm. İnşallah, qarşıdakı matçlarda qol və assistlərlə komandama faydalı ola bilərəm”.

Forvard komandasının TFF I Liqada qalması üçün əllərindən gələni edəcəklərini söyləyib: “Ümid edirəm ki, “Bursaspor” liqada qalacaq. Bu komandanın aşağı liqaya düşməsini fikirləşmək belə istəmirəm. Buna görə də son tura qədər mübarizəmizi davam etdirəcəyik. İnanırıq ki, aşağı liqaya düşməyəcəyik”.

O, 63-cü dəqiqədə Joao Pedronun vurduğu ikinci qolun məhsuldar ötürməsini verməsinə də münasibət bildirib: “Top ayağıma gələndə Pedronun əlverişli mövqeyə açıldığını gördüm. Həmin anda ötürmə verməmək kimi bir şansım yox idi. Sevindirici haldır ki, Pedro da toru silkələdi. Kimin assist etməsinin və ya qol vurmasının önəmi yoxdur. Əsas məsələ komandanın qalib gəlməsidir”.

Qeyd edək ki, “Bursaspor” hazırda 31 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR