“Neftçi” qış fasiləsindəki son transferi Azər Əliyevi qeydiyyatdan keçirib.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı rusiyalı yarımmüdafiəçinin hansı ölkə vətəndaşı kimi sifariş olunduğu da dəqiqləşib.
Rusiya futbolunun yetirməsi Premyer Liqada legioner statusu ilə çıxış edəcək. O, məhz bu ölkənin təmsilçisi kimi qeydiyyata alınıb.
Bir neçə dəfə vətəndaşlığını dəyişdirib Azərbaycan yığmasına cəlb olunması gündəmə gələn legionerin milliləşdirilməsi baş tutmayıb. Baxmayaraq ki, “Neftçi” rəsmiləri də onu yerli oyunçu kimi transfer etdiklərini açıqlamışdı.
Qeyd edək ki, milliyyəti azərbaycanlı olan Əliyev Gürcüstanda anadan olub. Onun futbol karyerası tamamilə Rusiya ilə bağlıdır. Azər “Ufa”dan ayrıldıqdan sonra azad agent kimi “Neftçi”yə keçib.