AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib.
Apasport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.
U-16 Liqasında “Qarabağ”la oyunun 90-cu dəqiqəsində “Neftçi” İK İB-nin baş məşqçisi Şahin Şahüseyni cəzalı olduğu halda texniki zonaya daxil olaraq, hakimləri təhqir edib.
Bu hal 3-cü dəfə təkrarlandığından, Şahin Şahüseyninin futbola aid hər hansı bir fəaliyyəti mövsümün sonuna qədər qadağan edilib.