Daşkəsəndə oğul 72 yaşlı atasını döyüb

Daşkəsəndə oğul 72 yaşlı atasını döyüb
# 06 fevral 2018 04:49 (UTC +04:00)

Daşkəsən rayonunda oğul atasına xəsarət yetirib.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Xoşbulaq kənd sakini, 1946-cı il təvəllüdlü Əliyev Sabir Qafar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. S.Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR