“Dinamo” böyük klub, Zaqreb gözəl şəhərdir. Mahirin daha yaxşı oyunçu olması və öz bacarığını təkmilləşdirməsi üçün çox yaxşı şansdır”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Zaqreb “Dinamo”suna keçən Mahir Emrelinin transferini dəyərləndirərkən deyib.
Xorvatiyalı mütəxəssis 25 yaşlı forvardın ölkənin ən köklü klubu ilə anlaşmasını yüksək qiymətləndirib. Yurçeviç “Dinamo”da böyük rəqabətin olmasına baxmayaraq, keçmiş yetirməsinin şans əldə edəcəyini düşünür: “Dinamo”da rəqabət böyükdür. Onların hücum xəttində çox oyunçu var. Amma Mahirin də özünü göstərmək üçün şansı olacaq. Düşünürəm ki, o, “Dinamo”da uğur qazana bilər”.
Qeyd edək ki, “Legiya”dan ayrılan Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.