21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin matçı iyunun 14-də keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00 başlayacaq. Norveç – Azərbaycan görüşü Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək.