Bank Of Baku

Obameyanq Barselonaya gəlib

Obameyanq Barselonaya gəlib
# 31 yanvar 2022 17:08 (UTC +04:00)

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq “Barselona” ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun hücumçusu La Liqa təmsilçisinə icarə əsasında keçəcək.

Tərəflər arasında bütün detallar razılaşdırılıb. Artıq qabonlu forvardın özü də Barselonadadır. Lakin keçidin baş tutması üçün İspaniya nəhəngi oyunçularından birini satmalıdır.

Qeyd edək ki, Obameyanq baş məşqçi Mikel Arteta ilə yaşadığı problem üzündən öncə kapitanlıqdan məhrum olub, ardınca əsas komandadan kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR