Bank Of Baku

Obameyanq unikal nailiyyətə imza atıb

Obameyanq unikal nailiyyətə imza atıb
# 21 fevral 2022 09:54 (UTC +04:00)

“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq unikal nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu “Böyük beşlik” liqalarının dördündə het-trik imza atmağa nail olub.

O, XXI əsrdə Fransa, Almaniya, İngiltərə və İspaniya çempionatlarında bunu bacaran ilk oyunçudur. Obameyanq La Liqadakı ilk het-trikini “Valensiya” ilə görüşdə (4:1) rəsmiləşdirib.

“Yarasalar”la matçda 32 yaşlı afrikalı 2 qola imza atıb dubla sevinib. Lakin sonradan Pedrinin vurduğu qolun müəllifi dəyişdirilərək Obameyanqa yazılıb.

Qeyd edək ki, “Arsenal”la müqaviləsinə xitam verilən Obameyanq “Barselona”ya azad agent kimi keçib və 2025-ci ilədək müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR