Bank Of Baku

Obameyanqın “Barselona”ya keçidi rəsmiləşib

Obameyanqın “Barselona”ya keçidi rəsmiləşib
# 02 fevral 2022 15:06 (UTC +04:00)

Pyer-Emerik Obameyanqın “Barselona”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Qabonlu hücumçu 3,5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər La Liqa klubunda çıxış edəcək.

İngiltərə “Arsenal”ı ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən Obameyanq “Barselona”ya azad agent kimi keçib. Onun müqaviləsində sərbəst qalma məbləği kimi 100 milyon avro göstərilib.

Qeyd edək ki, qabonlu cari mövsüm Premyer Liqanın 14 matçında 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR