Bank Of Baku

Okan Buruk İngiltərə klubunu çalışdıra bilər

Okan Buruk İngiltərə klubunu çalışdıra bilər
# 09 fevral 2022 17:03 (UTC +04:00)

“Başakşehir”in sabiq baş məşqçisi Okan Buruk İngiltərədə çalışa bilər.

Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin “Hall Siti”nin sükanı arxasına keçmə variantı yaranıb.

Burukun Çempionşipin XXXI turunda “Derbi Kaunti” ilə oyunu “Hall Siti”nin yeni sahibi Acun Ilıcalı ilə birlikdə tribunadan izləməsi bu söz-söhbətləri ortaya çıxarıb. Baş məşqçi postuna Şota Arveladze gətirilsə də, mövsümün sonunda türkiyəli mütəxəssisin onu əvəzləməsi gözlənilir.

Qeyd edək ki, “Derbi Kaunti”yə 1:3 hesabı ilə məğlub olan “Hall Siti” hazırda 24 komanda arasında 19-cu pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR