Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb
# 22 aprel 2022 05:05 (UTC +04:00)

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele xəstəxanadan evə buraxılıb.

APA "AFP"ə istinadən xəbər verir ki, Pele Sao Paulodakı Albert Eynşteyn xəstəxanasında cəmi iki gün qalıb.

Onun xəstəxanaya yerləşdirilməsi kolon (yoğun bağırsaq) xərçənginin müalicəsi ilə bağlı olub.

81 yaşlı keçmiş futbolçunun vəziyyəti stabildir.

Futbol əfsanəsi ayda ən azı bir dəfə kimyaterapiyadan keçmək üçün xəstəxanaya gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR