Bakı-2015: İkiqat Avropa çempionu Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazanıb - VİDEO - FOTOSESSİYA

Bakı-2015: İkiqat Avropa çempionu Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazanıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 17 iyun 2015 17:18 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, onun qazandığı bürünc medal yığmamızın 21-ci mükafatı olub.

Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.

Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR