Bank Of Baku

Polşa millisi avtomatik olaraq futbol üzrə DÇ-da "pley-off"a yüksəlib

Polşa millisi avtomatik olaraq futbol üzrə DÇ-da "pley-off"a yüksəlib
# 08 mart 2022 23:58 (UTC +04:00)

Futbol üzrə Polşa millisi avtomatik olaraq 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb.

APA TASS-a istindən xəbər verir ki, buna səbəb Rusiya komandasının bütün beynəlxalq yarışlardan kənarlaşdırılması olub.

Polşa komandası martın 29-da keçiriləcək İsveç - Çexiya matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Polşa yığması martın 24-də Rusiya komadası ilə yarımfinal mərhələsində qarşılaşmalı idi. Fevralın 28-də FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya yığmasını beynəlxalq yarışlarda iştirakdan məhrum edib.

Xatırladaq ki, Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR