Bank Of Baku

“Qalatasaray” hücumçusu ilə müqaviləyə xitam verib

“Qalatasaray” hücumçusu ilə müqaviləyə xitam verib
# 07 fevral 2022 12:23 (UTC +04:00)

“Qalatasaray” hücumçusu Mbaye Dianla müqaviləyə xitam verib.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 31 yaşlı forvardla anlaşmanın ləğvi barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.

“Sarı-qırmızılılar” Seneqal millisinin üzvünün lisenziyasının dayandırılması məsələsində onun razılığını alıb. Zədədən əziyyət çəkən Dian mövsümün qalan hissəsində çıxış etməyəcək.

Klub rəhbərliyinin bu addımı atmaqda əsas məqsədi yeni əcnəbi futbolçu üçün yer açmaqdır. Türkiyəlilər “Santos”un mərkəz müdafiəçisi Robson Reislə danışıqları yekunlaşdırmağa çalışır. 22 yaşlı braziliyalı ilə ortaq məxrəcə gəlinsə, onun qeydiyyata alınmasında problem yaşanmayacaq.

Qeyd edək ki, Mbaye Dian 2019-cu ildən bəri “Qalatasaray”da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR