Bank Of Baku

“Qalatasaray”da prezidentliyə namizədlər baş məşqçi ilə yollarını ayırmaq istəyir

“Qalatasaray”da prezidentliyə namizədlər baş məşqçi ilə yollarını ayırmaq istəyir
# 12 aprel 2022 11:14 (UTC +04:00)

“Qalatasaray” baş məşqçisi Domenek Torrenlə yollarını ayırmaq istəyir.

Apasport.az saytı xəbər verir ki, Türkiyə klubunda prezidentliyə namizədlər Metin Öztürk və Eşref Hamamcıoğlu ispaniyalı mütəxəssisi postunda saxlamaqda maraqlı deyil.

Lakin hər iki futbol funksioneri üçün klubun maddi durumu daha önəmlidir. Bu üzdən onlar Torrenə təzminat ödəmədən onunla vidalaşmağın yollarını axtaracaq. Həm Öztürk, həm də Hamamcıoğlu prezident seçiləcəyi təqdirdə, baş məşqçidən özünün istefa verməsini istəyəcək. Torren buna razı olmasa, daha bir il postunda saxlanılması gündəmə gələcək. Müqavilə müddəti gələn ilin yayına qədər olan Torren yayda istefaya göndərilsə, 1,5 milyon avro təzminat alacaq.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri aprelin 30-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR