“Qalatasaray”ın futbolçusu Bartuq Elmaz karyerasını Fransada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 18 yaşlı yarımmüdafiəçi “Marsel”lə anlaşıb.
İstanbul klubu ilə müqaviləni yeniləməkdən imtina etdiyi üçün əsas komandadan kənarlaşdırılan Elmaz marsellilərə yayda qoşulacaq. Transfer qadağası ilə üzləşən Liqa1 təmsilçisi türkiyəli oyunçu ilə yayda 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, gənc futbolçu cari mövsüm cəmi 1 oyun 1 dəqiqə meydana olub.