Bank Of Baku

Qara Qarayev: “Hesabda məğlub olduq, amma həqiqətdə çox şey qazandıq”

Qara Qarayev: “Hesabda məğlub olduq, amma həqiqətdə çox şey qazandıq”
# 26 fevral 2022 11:32 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Marsel”lə oyundakı məğlubiyyətə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündəki 0:3 hesablı məğlubiyyətdən sonra instaqram səhifəsində paylaşım edib.

Qara böyükhesablı məğlubiyyəti deyil, atılan feyr-pley addımını önə çəkib: “Bəlkə də hesabda məğlub olduq, amma həqiqətdə çox şey qazandıq. Biz ədalətli oyun arzusundayıq!”.

Qeyd edək ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə həmin top hesaba alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR