Bank Of Baku

"Qarabağ" Emil Balayevlə müqaviləni pozub

"Qarabağ" Emil Balayevlə müqaviləni pozub
# 03 mart 2022 11:25 (UTC +04:00)

“Qarabağ”qapıçısı Emil Balayevlə yollarını rəsmən ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, millimizin qolkiperi ilə mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 28 yaşlı qolkiper karyerasını yenidən Qazaxıstanda davam etdirəcək. O, tezliklə bu ölkənin “Turan” klubu ilə sözləşmə imzalayacaq.

Qeyd edək ki, Emil Balayev “Qarabağ”a 2020-ci ilin yayında “Zirə”dən keçib. O, daha əvvəl Qazaxıstanda “Tobol”un formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR