Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” oyunundan öncə konsert təşkil olunacaq.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Klub rəhbərliyi matçı izləmək üçün stadiona gələcək azarkeşlərə sürpriz hazırlayıb. Konsert proqramında üç müğənni iştirak edəcək. Qarşılaşmadan əvvəlki tədbirə Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərov qatılacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də start götürəcək.