Bank Of Baku

“Qarabağ” müdafiəçisini “Zirə”yə icarəyə verib

“Qarabağ” müdafiəçisini “Zirə”yə icarəyə verib
# 09 fevral 2022 17:01 (UTC +04:00)

“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov “Zirə”yə keçib.

Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, futbolçu paytaxt təmsilçisinə icarəyə verilib.

Əldə olunmuş razılığa əsasən, müdafiəçi mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Rahillə yanaşı, Qaspar Panaderonu da icarəyə verib. “Zirə” isə heyətini Hamidu Keyta və Brayan Alseusla gücləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR