Bank Of Baku

"Qarabağ" xal itirib, "Zirə" qalib gəlib

"Qarabağ" xal itirib, "Zirə" qalib gəlib
# 28 fevral 2022 21:10 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki matç baş tutub.

İlk olaraq autsayder “Səbail”lə medallar uğrunda mübarizə aparan “Zirə” birincilərin meydanında üz-üzə gəlib. Bir gün əvvəl əsas rəqibləri “Qəbələ” və “Neftçi”nin qələbə qazanması “Zirə”ni də eyni nəticəyə vadar edirdi.

Görüşün taleyini bir qol həll edib. Qonaqlar fasilə ərəfəsində vurduğu yeganə top sayəsində qalib gələrək, bir gün əvvəl təhvil verdiyi üçüncü pillədəki mövqeyini geri qaytarıb. “Səbail” isə yenə sonuncu yerdən qurtula bilməyib.

Tur “ASK Arena”da yekunlaşıb. Lider “Qarabağ” aşağı sıralarda qərarlaşan “Keşlə”nin qonağı olub. Fevralın 11-də məhz bu arenada ölkə kuboku çərçivəsində rəqibinə 0:6 hesabı ilə uduzan “Keşlə” revanşı güclü rəqibini büdrətməklə alıb. Ağdam təmsilçisinin qolsuz bərabərə qalması rəqiblərinin bir qədər yaxınlaşmasına şərait yaradıb.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Neftçi” “Sabah”ı 1:0, “Qəbələ” isə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

Premyer Liqa
XVII tur
28 fevral (bazar ertəsi)
17:00. “Səbail” – “Zirə” - 0:1
Qol:
Ağabala Ramazanov, 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Səbail”: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 44. Şamil Cəfərov, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“ASCO Arena”

19:15. “Keşlə” – “Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
“Keşlə”: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
“Qarabağ”: 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 21. Rauf Hüseynli, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
“ASK Arena”

1

Qarabağ

16

11

4

1

32-9

37

2

Qəbələ

17

9

5

3

29-17

32

3

Zirə

17

9

4

4

26-16

31

4

Neftçi

17

8

4

5

26-22

28

5

Sabah

17

6

2

9

23-26

20

6

Keşlə

17

4

3

10

18-28

15

7

Sumqayıt

16

3

4

9

10-25

13

8

Səbail

17

3

2

12

12-33

11

Bombardir: Davit Volkov (“Zirə”) - 10 qol

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR