Bank Of Baku

“Qarabağ”ın oyununu yazan proqnoz həvəskarı 274 min manat udub

“Qarabağ”ın oyununu yazan proqnoz həvəskarı 274 min manat udub
# 22 fevral 2022 15:06 (UTC +04:00)

Böyük Britaniyada proqnoz həvəskarı 140 min avrodan çox pul qazanıb.

Apasport.az saytının məlumatına görə, həmin şəxs bunu cəmi 4 oyunun nəticəsini düzgün tapmaqla əldə edib.

O, avrokubokların pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlardan 4-nə dəqiq hesab yazıb və cəmi 1 funt sterlinq pul qoyuluşu edib. Azarkeşi sevindirən oyunlardan biri də “Marsel” – “Qarabağ” görüşü olub. O, Konfrans Liqası çərçivəsində “Velodrom”dakı matçda 3:1 hesabını öncədən proqnozlaşdırıb.

Bununla yanaşı, “Atalanta” – “Olimpiakos” (2:1), “Leypsiq” – “Real Sosyedad” (2:2) və “Seltik” – “Bodo-Qlimt” (1:3) oyunlarının da hesabını tapan azarkeş bukmeker kontorundan 143 min avro, yəni təxminən 274 min manat qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR