Bank Of Baku

"Qarabağ"ın sabiq futbolçusu: “Emreli qaydalar çərçivəsində hərəkət eləmədi”

"Qarabağ"ın sabiq futbolçusu: “Emreli qaydalar çərçivəsində hərəkət eləmədi”
# 07 fevral 2022 16:40 (UTC +04:00)

“Belə hallar normal deyil və baş verməyə haqqı yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Plotsk “Visla”sının müdafiəçisi Yakub Jezniçak “Legiya”dan Zaqreb “Dinamo”suna transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşavada azarkeşlər tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.

Təcrübəli futbolçu vaxtilə “Qarabağ”la çiyin-çiyinə çıxış etdiyi 25 yaşlı forvardın başına gələnlərin qəbuledilməz olduğunu düşünür. Ancaq “Legiya”nın sabiq kapitanı Mahirin də düşərgəyə qayıtmamaqla düzgün addım atmadığını söyləyib: “Emreli qaydalar çərçivəsində hərəkət eləmədi, bu vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün yararlandı. Bu durumda tamamilə fərqli hərəkət edən Lukinyasa baxaq. Bununla belə, “Legiya”nın problemlərinin dərinliyinə getmək, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Klubda sadəcə, hər şeyin öhdəsindən gəlməli və problemləri yoluna qoymalıdırlar”.

Qeyd edək ki, Mahir Emreli məhz Plotsk “Visla”sı ilə səfər oyunundan sonra Varşavaya qayıdarkən azarkeşlər tərəfindən bazada önü kəsilən avtobusda başından ciddi xəsarət alıb. Bu hadisəyə görə, qış fasiləsindən sonra düşərgəyə qayıtmayan millimizin üzvü Zaqreb “Dinamo”su ilə 4,5 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR