Bank Of Baku

“Qəbələ” “Bayrampaşa”nın futbolçusunu transfer edib

“Qəbələ” “Bayrampaşa”nın futbolçusunu transfer edib
# 31 yanvar 2022 13:13 (UTC +04:00)

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb.

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR