Bank Of Baku

Qurban Qurbanov dünya reytinqində geriləyib

Qurban Qurbanov dünya reytinqində geriləyib
# 17 fevral 2022 09:50 (UTC +04:00)

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, karyerasını davam etdirən mütəxəssislərin yer aldığı siyahıda Azərbaycan bir məşqçi ilə təmsil olunub.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1592 xalla planetin 222-ci məşqçisidir. O, sonuncu dəfə 4 həftə əvvəl açıqlanan cədvəllə müqayisədə bir pillə geriləyib.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2196), Yurgen Klopp (2097) və Joze Mourinyo (2059) qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR