Bank Of Baku

Qurban Qurbanovun oğlu Azərbaycan millisində dubl edənlərin siyahısına düşüb

Qurban Qurbanovun oğlu Azərbaycan millisində dubl edənlərin siyahısına düşüb
# 27 mart 2022 17:54 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin tarixində 7-ci dəfə futbolçumuz seçmə oyununda dubla imza atıb.

Apasport.az saytının məlumatına görə, dubl edənlər siyahısına Musa Qurbanlı da düşüb.

Əsas yığmanın ən yaxşı bombardiri Qurban Qurbanovun oğlu Estoniya ilə AVRO-2023-ün görüşündə (3:0) iki qol vurub. Musaya qədər U-21-in 6 üzvü dubl etməyi bacarmışdı.

İlk dəfə buna 2000-ci ildə Şimali Makedoniyada 2:1 hesablı qələbədə pay sahibi olan Samir Əliyev nail olub. Sonrakı iki dubl da səfərdə qeydə alınıb.

2007-ci ildə Asif Məmmədov Xorvatiyada (2:3), 6 il sonra Tuğrul Erat Norveçdə (3:1) meydan sahiblərinə qənim kəsilib.

Evdəki ilk dubl 2014-cü ildə qeydə alınıb. Nizami Hacıyev İsrail üzərində, bir il sonra Kərəm Benke Rusiya üzərində 3:0 hesablı qələbəyə 2 qolla töhfə verib. Üç il öncə Slovakiya üzərindəki 2:1 hesablı qələbədə əsas pay sahibi Barış Ekincier olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR