Bank Of Baku

"Real" çempionlara qalib gəlməkdə rekordunu yeniləyib

"Real" çempionlara qalib gəlməkdə rekordunu yeniləyib
# 13 aprel 2022 09:39 (UTC +04:00)

Çempionlar Liqasının son qalibi “Çelsi” titulla vidalaşıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 1/4 finalda “Real” səddini adlaya bilməyib.

Madridlilər iki oyunun yekununda (3:1, 2:3) yarımfinala yüksəlib. “Kral klubu” tarixində 9-cu dəfə Çempionlar Liqasının (əvvəlki Çempionlar kuboku) qalibini mübarizədən kənarlaşdırıb.

Madrid təmsilçisi “Milan”ı 1964-cü, “İnter”i 1966-cı, “Porto”nu 1987-ci, PSV-ni 1989-cu, Dortmund “Borussiya”sını 1998-ci, “Mançester Yunayted”i 2000-ci, “Bavariya”nı 2002-ci və 2014-cü illərdə titulla vidalaşmağa məcbur edib.

“Real” çempionlara qənim kəsilməkdə rekordçudur. “Yuventus” 5 dəfə turnirin son qalibini mübarizədən kənarlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR