Bank Of Baku

“Real” “Monako”nun futbolçusu ilə razılığa gəlib

“Real” “Monako”nun futbolçusu ilə razılığa gəlib
# 18 mart 2022 13:27 (UTC +04:00)

“Real” Orelyen Tçuamenini heyətinə qatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi “Monako”nun dayaq yarımmüdafiəçisi ilə şəxsi müqavilə ilə bağlı razılığa gəlib.

“Knyazlıq klubu” 22 yaşlı futbolçu üçün 50 milyon avro transfer məbləği və əlavə 15 milyonluq bonus istəyir. Bu üzdən də keçidin reallaşması Madrid klubunun yayda satacağı oyunçulardan əldə olunan gəlirdən asılıdır. Əgər Erlinq Halandın transferi baş tutmasa, “Real” Tçuameni üçün “Monako”nun istədiyi məbləği ödəyəcək.

Qeyd edək ki, Tçuameni mövsümün 41 matçında 3 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR