Lavrov: "Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil"

Lavrov: "Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil"
# 10 mart 2015 12:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqalo ilə birgə keçirdiyi brifinqdə deyib.

"Sanksiyaları müzakirə etmədik, bu bizim seçimimiz deyil. Avropalı dostlarımızı yola gətirməyə və ya onlardan nəsə xahiş etməyə hazırlaşmırıq. Həyat hər şeyi öz yerinə qoyacaq", - deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR