Bank Of Baku

“Real” PSJ ilə cavab oyununa itkilərlə çıxacaq

“Real” PSJ ilə cavab oyununa itkilərlə çıxacaq
# 16 fevral 2022 09:42 (UTC +04:00)

“Real” ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Yarımmüdafiəçi Kazemiro və cinah müdafiəçisi Ferlan Mendi Madriddəki matçı buraxacaq. Hər iki oyunçu cəzalı duruma düşüb.

Onlar Parisdəki qarşılaşmada sarı vərəqə alıb. Bu, onların cavab görüşündə iştirakına mane olacaq. Nəticədə 0:1 hesabı ilə uduzan “Real” Kazemiro ilə Mendini itirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 9-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR