“Yuventus”un futbolçusu Aaron Remsi İngiltərə Premyer Liqasından üç təklif alıb.
Apasport.az saytının məlumatına görə, mərkəz yarımmüdafiəçisi “Bernli”, “Nyukasl” və “Kristal Pelas”da oynamaq variantlarından imtina edib.
2019-cu ildə azad agent kimi “Yuventus”a keçən uelsli əvvəllər də Premyer Liqada çıxış edib. O, “Arsenal”, “Kardiff” və “Nottingem Forest”in formasını geyinib.
Qeyd edək ki, Remsinin “Yuventus”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.