Rusiyalı milyarder Abramoviçin Türkiyənin "Göztəpə" klubunu alması xəbəri yalandır.
APA “Hurriyyet“ə istinadən xəbər verir ki, bu barədə "Göztəpə" prezidentinin müşaviri Tələt Papatya bildirib.
“Abramoviçin "Göztəpə"ni aldığını mətbuatdan oxuyuruq. Bu hadisənin bizimlə heç bir əlaqəsi yoxdur”,- deyə bildirilib
21:45
***
Roman Abramoviç yeni futbol klubu alıb.
Apasport.az saytının “D-Smart Spor”a istinadən məlumatına görə, rusiyalı biznesmen Türkiyə təmsilçisi “Göztəpə”nin sahibi olub.
Tərəflər alqı-satqı ilə bağlı bütün detalları razılaşdırıb. Klubun sahibinin dəyişməsi aprelin 8-də rəsmən elan olunacaq.
Qeyd edək ki, “Çelsi”nin sahibi Abramoviç martın 10-da Böyük Britaniya hökumətinin qərarı ilə klubun rəhbərliyindən uzaqlaşdırılıb.