Bank Of Baku

Rusiya yığması cüdo yarışlarında iştirakını müvəqqəti dayandırıb

Rusiya yığması cüdo yarışlarında iştirakını müvəqqəti dayandırıb
# 15 mart 2022 14:53 (UTC +04:00)

Rusiya yığması cüdo yarışlarında iştirakını müvəqqəti dayandırıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Cüdo Federasiyası açıqlayıb.

Qurum Beynəlxalq Cüdo Federasiyası (İJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında yarışlara qatılmamaq barədə qərar verib. Bu addım idmançıların yarışların keçirildiyi ölkələrə getməklə bağlı yaranan çətinlik və təhlükəsizlik baxımından atılıb.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiya tətbiq edən əksər federasiyalardan fərqli İJF və EJU bu ölkədən olan cüdoçuların yarışlara buraxılmasına qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR