Bank Of Baku

“Şalke” “Qazprom”la müqaviləni ləğv edib

“Şalke” “Qazprom”la müqaviləni ləğv edib
# 28 fevral 2022 14:45 (UTC +04:00)

“Şalke” Rusiyanın “Qazprom” transmilli enerji şirkəti ilə müqaviləni ləğv edib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Gelzenkirxen təmsilçisi rəsmi bəyanat yayıb.

“Şalke”də Müşahidə Şurasının təsdiqi ilə Direktorlar Şurası “Qazprom”la əməkdaşlığı vaxtından əvvəl ləğv etmək qərarına gəlib. Hazırda baş sponsorun nümayəndələri ilə danışıqlar aparılır. “Qazprom” 2007-ci ildən Almaniyanın Bundesliqa II təmsilçisinin sponsorudur.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov hazırda “Şalke”də çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR