Bank Of Baku

Son mövsümdə transferlərdən ən çox ziyana düşən klublar açıqlanıb

Son mövsümdə transferlərdən ən çox ziyana düşən klublar açıqlanıb
# 07 fevral 2022 11:54 (UTC +04:00)

Son mövsüm ərzində transferlərdən ən çox ziyana düşən “Böyük beşlik” klubları bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in aldığı və satdığı oyunçular arasında fərq 1 milyard avronu keçib.

Bu müddətdə klub 1 milyard 545 milyonluq oyunçu alıb. Mançesterlilərin satdığı futbolçular isə cəmi 470 milyona bərabər olub.

“Mançester Siti” və PSJ ən çox ziyana düşən üç klub sırasındadır. “Onluq”da İngiltərənin 6 təmsilçisi yer alıb.

1. “Mançester Yunayted” - 1075
2. “Mançester Siti” – 984
3. PSJ - 941
4. “Barselona” - 650
5. “Arsenal” - 583
6. “Yuventus” - 561
7. “Milan” - 432
8. “Everton” - 429
9. “Aston Villa” - 424
10. “Çelsi” – 413

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR