Bank Of Baku

“Tottenhem” qapıçısı ilə anlaşıb

“Tottenhem” qapıçısı ilə anlaşıb
# 21 yanvar 2022 11:30 (UTC +04:00)

İngiltərə “Tottenhem”i qapıçısı Uqo Lorislə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, fransalı qolkiper 2024-cü ilin yayınadək London klubunda çıxış edəcək.

Tərəflər yeni müqavilə ilə bağlı anlaşma əldə ediblər. Yaxın günlərdə sözləşmə rəsmiləşəcək.

Lorisin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun xidmətində “Roma” maraqlı olsa da, qapıçı klubunu dəyişməməyə qərar verib.

Qeyd edək ki, Loris 2012-ci ildən “Tottenhem”də oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR