Bank Of Baku

"Traktor"u Ertuğrul Sağlam çalışdıracaq

"Traktor"u Ertuğrul Sağlam çalışdıracaq
# 28 fevral 2022 09:34 (UTC +04:00)

Təbrizin “Traktor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, adıçəkilən klubu yenə türkiyəli mütəxəssis çalışdıracaq.

“Bursaspor”la Türkiyə çempionu olmaqla adını tarixə yazdıran Ertuğrul Sağlam bundan sonra “Traktor”a rəhbərlik edəcək. Təcrübəli məşqçi vaxtilə çalışdırdığı klubla 1,5 illik müqavilə imzalayacaq. Sağlam qarşıdakı günlərdə İrana yollanaraq rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, uğursuz mövsüm keçirən “Traktor” hazırda İran çempionatında 13-cü pillədə qərarlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR