Bank Of Baku

“Turan Tovuz”un Premyer Liqa şansı qalmayıb

“Turan Tovuz”un Premyer Liqa şansı qalmayıb
# 16 mart 2022 16:48 (UTC +04:00)

I divizionda XVIII turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, tur bir komandanın Premyer Liqa xəyalının üstündən xətt çəkib.

“Turan Tovuz” idman prinsipləri ilə elitaya yüksəlmək şansını rəsmən itirib. Tovuz təmsilçisi Premyer Liqaya nəzəri şansı qalmayan ilk klub olub.

Buna “Qaradağ Lökbatan”la oyundakı məğlubiyyət səbəb olub. 3:0 hesabı ilə qalib gələn bakılılar “Turan Tovuz”la xal fərqini 21-ə çatdırıb. 7 oyunu qalan qərblilər ilk dövrədə də çempionatın liderinə uduzub – 2:4. Bu isə o deməkdir ki, “Qaradağ Lökbatan” istənilən halda Tovuz klubundan öndə qərarlaşacaq.

Şəxsi matçlardakı iki məğlubiyyət üç komandanın xalları bərabər olduqda da tovuzluların əleyhinə olacaq. Hətta möcüzəyə bərabər olacaq hal yaşansa, yəni “Turan Tovuz” “Qaradağ Lökbatan” çatsa və daha bir komanda da onlarla eyni xala malik olsa da, bu üç lider arasında şəxsi oyunlarda qərblilər geridə qalacaq.

Premyer Liqaya reqlamentə əsasən bir vəsiqə verildiyindən “Turan Tovuz” yüksək dəstəyə qalxmaq imkanı qalmayıb. Düzdür, ölkəmizdə son illər idman prinsipləri deyil, lisenziyalaşma komitəsinin qərarı həlledici olur.

Tovuzlular da Premyer Liqada debüt etmək üçün bu qərarı gözləməli olacaq. Çünki idman prinsipləri ilə itirilən çempionluq şansı Premyer Liqa ümidini də sıfıra endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR