Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezident seçkilərinin tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qurum yeni rəhbərini iki ay sonra seçəcək.
Növbədənkənar seçki iyunun 16-da baş tutacaq. Həmin vaxta qədər bu vəzifəni Servet Yardımcı icra edəcək.
Qeyd edək ki, TFF prezidenti Nihat Özdemir dünən istefa verib.