Türkiyə kubokunda 2021/22 mövsümünün final matçının yeri və saatı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası həlledici qarşılaşmanın mayın 26-da keçiriləcəyini açıqlayıb.
Həmin gün finalçılar İstanbul Atatürk Olimpiya Stadionunda kubokun qalibini müəyyənləşdirəcəklər. Qarşılaşma yerli vaxtla saat 20:45-də başlayacaq.
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Trabzonspor” – “Kayserispor” və “Alanyaspor” – “Sivasspor” oyunları keçiriləcək. Görüşlər 19-21 aprel və 10-12 may tarixlərində oynanılacaq.