Bank Of Baku

Türkiyə millisinin hücumçusu Portuqaliya ilə oyuna çıxa bilməyəcək

Türkiyə millisinin hücumçusu Portuqaliya ilə oyuna çıxa bilməyəcək
# 15 mart 2022 10:47 (UTC +04:00)

Türkiyə millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Cenk Tosun DÇ-2022-nin pley-off oyununda “ay-ulduzlular”a kömək edə bilməyəcək.

Buna səbəb 31 yaşlı forvardın klubu “Everton”un məşqi zamanı zədələnməsidir. Tibbi müayinədən sonra əzələ yırtılması aşkarlanıb və futbolçunun mövsümü başa vurduğu açıqlanıb.

Qeyd edək ki, Türkiyə yığması pley-off mərhələsinin yarımfinalında martın 24-də Portuqaliya ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR