“Azərbaycan Dəmir Yolları”-nın vaqonlarından ibarət ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb

“Azərbaycan Dəmir Yolları”-nın vaqonlarından ibarət ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb
# 05 dekabr 2017 18:34 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.

Bu barədə "APA-Economics"ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

"Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR