Bank Of Baku

UEFA-nın baş katibi: “Qarabağ”ın Konfrans Liqasındakı performansı əla idi”

UEFA-nın baş katibi: “Qarabağ”ın Konfrans Liqasındakı performansı əla idi”
# 25 fevral 2022 17:17 (UTC +04:00)

Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi zamanı turnirin pley-offunda “Marsel”lə cavab oyununda “Qarabağ”ın qolunun ləğvi yada salınıb.

Apasport.az saytı xəbər verir ki, tədbirin rəhbəri olan UEFA-nın baş katibi Corco Marketti Bakıdakı qarşılaşmanın birinci hissəsində hücumçu İbrahima Vadjinin əllə vurduğu qolun ləğvinə görə Azərbaycan təmsilçisinə təşəkkürünü bildirib.

O, eyni zamanda “Qarabağ”ın mövsümü parlaq keçirdiyini də söyləyib: “Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. Dünən “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jestiniz ondan da yaxşı idi”.

Qeyd edək ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə həmin top hesaba alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR