Bank Of Baku

UEFA prezidenti Avropa Superliqasının yeni layihəsi ilə bağlı xəbərdarlıq edib

UEFA prezidenti Avropa Superliqasının yeni layihəsi ilə bağlı xəbərdarlıq edib
# 03 mart 2022 15:29 (UTC +04:00)

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının yeni layihəsinin hazırlanmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri turnirin yeni formatda baş tutması ideyasını növbəti dəfə pisləyib.

O, Avropa Superliqasında iştirak edəcək klublara xəbərdarlıq da edib: “Ötən il Superliqa adlı mənasız bir ideyanı həyata keçirdilər. Eyni fikri indi də müharibə zamanı ortaya atıblar. Əgər hansısa klub Avropa Superliqasına qatılsa, bizim turnirlərimizdə oynamayacaq”.

Qeyd edək ki, “Yuventus”, “Real” və “Barselona” rəhbərləri ümumilikdə 20 komanda olmaqla iki diviziondan ibarət turnir təşkil etməyi planlaşdırır. Yarışın yeni formatda layihəsi bu gün təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR