Ukraynalı futbolçu Dmitri Litvin “SKA-Xabarovsk”dan ayrılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyat keçirməsidir.
Rusiyanın ikinci liqa təmsilçisi 26 yaşlı müdafiəçi ilə müqaviləni qarşılıqlı razılıqla ləğv etdiyini açıqlayıb. Halbuki Litvin “SKA-Xabarovsk”a ötən ilin yayında keçib. O, cari mövsüm 18 oyunda 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynada xüsusi əməliyyat keçirir.