Bank Of Baku

Vadji: “Qurbanov bildirdi ki, məsuliyyəti üzərinə götürməli və hakimə deməlisən”

Vadji: “Qurbanov bildirdi ki, məsuliyyəti üzərinə götürməli və hakimə deməlisən”
# 25 fevral 2022 09:40 (UTC +04:00)

“Qol vurduğum epizodda qərar vermək çətin idi, kapitanımla danışmalı idim”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın hücumçusu İbrahima Vadji Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə keçirilən oyununda əllə vurduğu və sonradan ləğv edilən qol barədə danışarkən deyib.

Seneqallı forvard həmin anda qərar verməyin çətin olduğunu, bu üzdən kapitan Maksim Medvedevlə məsləhətləşməyin zəruriliyini söyləyib: “Topun əlimə dəydiyini bilirdim. Amma bunu etiraf etmək istədiyim bir şey deyildi. Həmin epizodda əlim başımı müşayiət etdi. Kapitanla danışdım, ona topa əllə toxunduğumu dedim. Bütün komanda yoldaşlarım soruşanda dedim ki, topa əlimlə toxunmuşam”.

27 yaşlı futbolçu məsləhətləşmə zamanı baş məşqçi Qurban Qurbanovla arasında keçən dialoqu da açıqlayıb: “Daha sonra baş məşqçi ilə danışdıq. O, məndən bu haqda nə düşündüyümü soruşdu. Əlimlə topa toxunduğumu dedim. O isə bunları söylədi: “Yaxşı deyil, məsuliyyəti üzərinə götürməlisən, bu barədə hakimə deməlisən. Ardından referi qolu ləğv etdi. Amma komanda yoldaşlarım üçün çətin oldu. Çünki ən azı qələbə qazanmaq istəyirdik. Ancaq mən həqiqəti dedim”.

Qeyd edək ki, Fransada 1:3, Bakıda isə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR