Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”u 3:0 hesabı ilə məğlub edən “Vest Hem” (ilk oyun - 1:1) yarımfinala adlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bununla 46 illik həsrətə son qoyub.
Londonlular məhz 46 ildən sonra ilk dəfə avrokuboklarda yarımfinala yüksəlib. “Vest Hem” axırıncı dəfə 1976-cı ildə Kuboklar Kubokunda finala qədər irəliləsə də, həlledici görüşdə “Anderlext”ə məğlub olub (2:4).
Qeyd edək ki, “Vest Hem” yarımfinalda “Ayntraxt”la qarşılaşacaq. Bu mərhələnin oyunları 28 aprel və 5 may tarixlərində olacaq.