Apasport.az saytının məlumatına görə, gələn il Braziliyada keçiriləcək mundiala 4 vəsiqənin sahibinin müəyyənləşəcəyi cütlər bəlli olub.
Bu cütlər FİFA-nın Sürixdəki mənzil-qərargahında atılan püşkdə müəyyənləşib. Avropa zonasının seçmə mərhələsində qrup ikincisi olan 8 komanda final mərhələsinə çıxmaq üçün son səddi adlamağa çalışacaq. Pley-off oyunları isə noyabrın 15-i və 19-da baş tutacaq.
Portuqaliya - İsveç
Ukrayna - Fransa
Yunanıstan - Rumıniya
İslandiya - Xorvatiya
Qeyd edək ki, artıq 21 komanda DÇ-2014-ə vəsiqə əldə edib. Bunlar Braziliya (meydan sahibi), Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, İngiltərə, Almaniya, Honduras, İran, İtaliya, Yaponiya, Hollandiya, Rusiya, Cənubi Koreya, İspaniya, İsveçrə və ABŞ milliləridir.