Bakı – APA. Sabah Azərbaycan kubokunun 2013/14 mövsümünün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutacaq tədbir saat 12:00-da başlayacaq.
Yarışda Topaz Premyer Liqası və I divizion təmsilçiləri çıxış edəcək. Artıq komandaların sayı da bəllidir.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına açıqlamasında yarışda 20 komandanın mübarizə aparacağını, I diviziondan 6 klubun kuboka qatılmayacağını söyləyib: “Azərbaycan kubokunda 20 komanda çıxış edəcək. Premyer Liqa və I divizionun hərəsindən 10 klub olacaq. “Göyəzən”, “Turan T”, “Bakılı”, “Karvan”, “Şəmkir” və “Energetik” kuboka qatılmaq istəmədi”.
Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları oktyabrın 22-24-də keçiriləcək.