Bank Of Baku

“Neftçi”nin baş məşqçisi istefa verib

 “Neftçi”nin baş məşqçisi istefa verib
# 05 mart 2016 15:48 (UTC +04:00)

Bakı-APA. “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.

 

Apasport.az saytının məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qəbələ” ilə matçdan sonra açıqlayıb.

 

Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis “Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridir” sualını cavabsız qoyub: “Bu barədə danışmaq istəmirəm”.

 

O, köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu"

 

Qeyd edək ki, “Qəbələ” ilə görüşdə hesabı “Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR